Əsas Səhifə > Manşet > Nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib

Nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib


13-11-2021, 19:08


Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 13-də Azərbaycan Qılıncoynatma Federasiyasının fəaliyyəti ilə tanış olub. Qılıncoynatma üzrə milli komandanın üzvləri ilə görüşən nazir Fərid Qayıbov onların məşq proseslərini izləyib, yaradılmış şəraitlə maraqlanıb.

BrendSport.az
saytı xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov nazirə federasiyanın fəaliyyəti, gənc idmançılarla hazırlığı prosesi, qarşıdakı yarışlara hazırlıq və gələcək planlar barədə məlumat verib. Mütəxəsisslərlə müzakirələr aparan nazir Fərid Qayıbov qeyd olunan məsələlərlə bağlı öz tövsiyələrini verib.

Görüşdə Azərbaycan Qılıncoynatma Federasiyası İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımov, şpaqa üzrə milli komandanın baş məşqçisi Südef Quliyev iştirak ediblər.





Geri qayıt