Əsas Səhifə > Manşet > III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək

III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək


3-11-2017, 11:23


Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Sumqayıt Paralimpiya İdman Kompleksində respublikada III Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.

BrendSport.az saytı Azərbaycan Taekvondo Federasiyasına istinadən xəbər verir ki, oyunlarda respublikanın müxtəlif reqionlarında olan uşaq paralimpiyaçılar 6 idman növündə öz güclərini sınayacaqlar.

Taekvondo idman növünün də yer aldığı oyunlarda (6-18 yaşlı) qalib olan idmançılara təşkilatçılar tərəfindən medal və diplomlar təqdim olunacaq. Taekvondo yarışları dekabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaratmışdır. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir
Geri qayıt