Əsas Səhifə > Manşet > Azərbaycan Premyer Liqasının XVIII turunun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasının XVIII turunun oyun cədvəli açıqlanıb


13-02-2019, 14:52


Futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turunun oyunlarının vaxtı müəyyənləşib.

BrendSport.az Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, XVIII turun oyunları iki günü əhatə edəcək.

Tura fevralın 23-də saat 14:00-da Qəbələ şəhər stadionunda “Qəbələ”–“Keşlə” görüşü ilə start veriləcək. Həmin gün keçiriləcək “Sabah”–“Qarabağ” oyunu isə saat 16:30-da başlayacaq. Qarşılaşma “Əlincə Arena”da təşkil olunacaq.

İkinci oyun gününün ilk matçı “Bakcell Arena” stadionunda baş tutacaq. “Neftçi” klubu “Səbail” komandasını qəbul edəcək. Turun sonuncu oyununda “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək. Həmin görüş saat 18:30-da start götürəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

On yeddi turdan sonra turnir cədvəlinə 37 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 34 xalla ikinci, aktivində 24 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Qəbələ” (23 xal), “Sabah” (20), “Sumqayıt” (15), “Zirə” (13) və “Keşlə” (12) qərarlaşıblar.
Geri qayıt