Əsas Səhifə > Manşet > 2018-ci ildə Azərbaycanda 58 beynəlxalq turnir təşkil olunub

2018-ci ildə Azərbaycanda 58 beynəlxalq turnir təşkil olunub


30-12-2018, 10:00


2018-ci ildə Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 225 respublika yarışı təşkil edilib.

BrendSport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin 2018-ci ilə dair illik hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, yerli yarışlarla yanaşı, ölkəmiz 58 beynəlxalq turnirə ev sahibliyi edib. Milli komandalarımız isə 236 beynəlxalq turnirə qatılıb.
Geri qayıt