Əsas Səhifə > Manşet > Taekvondoya bağlı ömür

Taekvondoya bağlı ömür


2-09-2017, 22:39


Alxas Əliqasım oğlu Məmmədov 19 mart 1977-ci ildə Bakı şəhərində anadan olub.

1983-94-cü illərdə Şamaxı 2 saylı rus dilli orta məktəbini bitirib.

1994-99-cu illərdə Azərbaycan Beynəlxalq Pedaqoji Akademiyasının beynəlxalq hüquq ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

2002-2006-cı illərdə Şirvan şəhər (keçmiş Əli Bayramlı) pedaqoji texnikumunda təhsil almışdır.

1993-cü ildə yeniyetmələr üzrə respublika spartakiyadasının qalibi olmuşdur.

2002-ci ildə Şamaxı rayon Gənclər və İdman İdarəsi tərəfindən Şamaxı rayonunda taekvondo idman növünün yaradılması və inşafında göstərdiyi xidmətə görə “Fəxri fərman”la təltif olunub.

2003- 2015-ci illərdə onun yetirmələri rayona Respublika Çempionatından medallar gətirmişlər. 12 il ərzində hər il 1 medal.

İlk dəfə Şamaxıda taekvondo idman növü üzrə qızlar komandasının yaradıcısıdır. Yetirmələri Elnur Ağayev, Elnur Ağayev, Anar Məlikov, Əfsanə
Soltanova, Anar Rəhimov, Əliqasım Məmmədov, Nərgiz Əliyeva respublika mükafatçılarıdır.

2003-cü ildən taekvondo üzrə qara kəmər II dan sahibidir.

2005-ci ildən taekvondo idman növü üzrə 3-ü dərəcəli məşqci-müəllimlik və 2007-ci ildən Milli Hakimlər Sertifkatının sahibidir.

2005-ci ildə “Armrestlinq” idman növü üzrə Respublika kubokunun mükafatçısıdır.

2007-ci ildə Qobustan rayon Gənclər və İdman İdarəsi tərəfindən Qobustan rayonunda taekvondo idman növünün yaradılması və inşafına görə “Fəxri fərman”la təltif olunub.

Övladları Əliqasım Məmmədov qara kəmərə namizəddir. 2013-ci ildə respublika mükafatçısı olmuşdur. Nəzrin Məmmədov da qara kəmərə namizəddir və o da 2011-ci ildə respublika mükafatçısı olmuşdur. Tural Məmmədov isə qara kəmərə namizəd və 2012-ci ildə zona çempionu olmuşdur.

Müxtəlif vaxtlarda Şamaxı və Qobustan rayon İcra Hakimiyyəti və Şamaxı Təhsil Şöbəsi tərəfindən “Fəxri Fərman”larla təltif olunmuşdur.

“Qobustan idmanı” kitabının müəllifidir. Etibar Həsanzadə isə Alxas müəllimin həyatından bəsh edən "Bir Həyat Romanı" adlı kitab da yazıb.
İçtimai əsaslarla jurnalistka fəaliyyəti ilə də məşğuldur. Müxtəlif vaxtlarda “Molla Nəsrətdin” jurnalında, “Azərbaycan Bələdiyyəsi” qəzetində və əyalət qəzetlərində məqalələri dərc olunmuşdur.

Alxas müəllim həm də mühafizə xidmətində çalışmışdır. Hazırda Şamaxı Humanitar Liseyində və Şamaxı Olimpiya Mərkəzində məşqçi-müəllim vəzifəsində calışır. Bu yaxınlarda isə “C-43” filmində də rol alıb.

Əliqasım







Taekvondoya bağlı ömür


Geri qayıt