Əsas Səhifə > Manşet / Olimpiya > Respublika birinciliyi və çempionatı keçiriləcək

Respublika birinciliyi və çempionatı keçiriləcək


7-02-2018, 21:25
Respublika birinciliyi və çempionatı keçiriləcək

Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə respublika birinciliyi və çempionatı keçiriləcək.

BrendSport.az saytı ATF-na istinadən verdiyi xəbərə görə, 21-22 fevral 2018-ci il tarixlərində böyüklər arasında respublika çempionatı, 23-24-25 fevral tarixlərində isə gənc taekvondoçular arasında respublika birinciliyi baş tutacaq.

Nəzərinizə çatdıraq ki, İdmançılar, yarışlardan bir gün öncə cəki nəzarətindən keçməlidir. Belə ki, böyüklər arasında respublika çempionatında iştirak edəcək komandaların qəbulu, çəki və mandat komissiyasının işi Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında saat 14:00-dan 18:00-dək davam edəcək. Gənc taekvondoçuların çəki və mandat komissiyasının işi isə 22 fevral tarixində Azərbaycan Boks Federasiyasının inzibati binasında saat 14:00-dan 18:00-dək keçiriləcək.

Yarışlar, Azərbaycan Boks Federasiyasının idman zalında ("Amay" ticarət mərkəzinin yaxınlığında) keçiriləcək.

Qeyd: Yarışın əsasnaməsi yaxın günlərdə ATF-nın rəsmi facebook səhifəsində paylaşılacaq.
Geri qayıt