Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Martın 11-də Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılmasına dair Sərəncam imzalayıb.
BrendSport.az
xəbər verir ki, Sərəncama əsasən, Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının Bakıda keçirilməsi ilə əlaqədar gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin tərkibinə bir sıra dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli şəxsləri daxil edilib.
Qeyd edək ki, Sərəncamda idman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransının dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunduğu vurğulanıb.
Həmçinin qeyd olunub ki, 2022-ci il oktyabrın 28-də Parisdə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CIGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanıb və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına, eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi hüququ əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş