Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmat Federasiyası “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirəcək

Şahmat Federasiyası “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirəcək

Azərbaycan Şahmat Federasiyası Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər keçirəcək.

BrendSport.az
xəbər verir ki, federasiya “Heydər Əliyev İli”nə həsr olunan geniş tədbirlər planını təsdiqləyib. İl ərzində paytaxt Bakıda və digər şəhərlərdə Ulu Öndərə həsr olunan yerli və beynəlxalq turnirlər təşkil ediləcək. Silsilə tədbirlər sırasında Bakıda və digər regionlarda 100 lövhədə eyni anda seanslar, rapid yarışlar, tanınmış azəraycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər daxil edilib.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ölkədə fəaliyyət göstərən şahmat məktəblərinə qədim oyunla bağlı ləvazimatların təqdim olunmasına başlayıb. Artıq Quba və Bakının bir neçə məktəbinə müvafiq şahmat vəsaitləri hədiyyə olunub.

Azərbaycanda zəngin tarixə malik şahmatın inkişaf strategiyasının əsası ötən əsrin 70-ci illərində Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb.

Ulu Öndərin qayğısı və dəstəyi sayəsində dünya idmanına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və digər nəhəng şahmatçılar bəxş olunub.


Facebook-da paylaş

Xəbəri paylaş