Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FHN-in xilasetmə qüvvələri qardaş ölkə Türkiyədə əməliyyatlara başlayıb



Məlumat verildiyi kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

Nazirliyin mətbuat xidmətindən BrendSport.az
a bildirilib ki, artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində bir nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatları davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş