Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir Fərid Qayıbov beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan idmançıları ilə görüşüb

Nazir Fərid Qayıbov beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan idmançıları ilə görüşüb


Yanvarın 30-da gənclər və idman naziri Fərid Qayıbov bu ay ərzində beynəlxalq turnirlərdə medal qazanmış Azərbaycan idmançıları ilə görüşüb.
BrendSport.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, idmançıları salamlayan Fərid Qayıbov onları ilin ilk qalibləri olmaları münasibətilə təbrik edib, yeni qələbələr arzulayıb.
Tədbirdə stend atıcılığı, sumo və boks yarışlarında ölkəmizi uğurla təmsil etmiş idmançılar çıxış edərək qazandıqları qələbələr barədə məlumat veriblər. Həmin idman növləri üzrə yığma komandaların məşqçiləri idmançıların məşq prosesi, yarışlarda iştirakı və qarşıdakı turnirlərə hazırlığı haqda danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş