Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Azərbaycan Ağır Atletika Federasiyası “Təkan” platformasını istifadəyə verib



Yanvar ayının 17-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) Gənclər və İdman Nazirliyinin də tərəfdaşı olduğu “Təkan” layihəsinin təqdimat mərasimi keçirilib.
BrendSport.az
xəbər verir ki, tədbirdə ötən il beynəlxalq arenalarda qazanılan uğurlar, istifadəyə verilən zallar, həmçinin bölgələrdə görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, federasiyanın təşəbbüsü ilə Azərbaycan ağır atletikasında kütləviliyin təmin olunması məqsədilə regionlarda qısa müddətdə yeni klublar yaradılıb, ölkə səviyyəli müxtəlif yarışlar təşkil edilib. Əlavə olunub ki, prosesin daha sürətli və güclü olması üçün ictimaiyyətin idmana dəstəyi mütləqdir. Məhz bu səbəbdən federasiya “Təkan” platformasını istifadəyə verir. Onun vasitəsilə istənilən şəxs seçdiyi istənilən kluba ianə edə biləcək, fəaliyyətinə dəstək verəcək. Bunun üçün www.tekan.az saytına daxil olmaq yetərlidir. Rahat interfeysi olan platforma ilə hər kəs qısa müddətdə öz dəstəyini vermək imkanı qazanacaq.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, yeni platformanın regionlarda həm ağır atletika, həm də ümumilikdə idmanın inkişafında böyük təkan rolunu oynayacağını bildirib. Nazir hər kəsi bu layihəyə qoşulmağa, Azərbaycanın gələcək uğurlarında yaxından iştirak etməyə dəvət edib.
Tədbirdə 2022-ci il ərzində beynəlxalq yarışlarda iştirak edən və uğur qazanan ağırlıqqaldıranların təmsil etdikləri klubların rəhbər şəxslərin mükafatlandırılıb, onlara xüsusi plaketlər təqdim edilib.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 9-da keçirilən 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmanın kütləviliyinin artırılması və daha da inkişaf etdirilməsinə dair tapşırıqlarını verib. Bu layihənin təqdimatı həmin tapşırıqların icrasının təmin edilməsini özündə ehtiva edir.


Facebook-da paylaş