Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Müzəffər Ali Baş Komandanın doğum günüdür



Siyasi fəaliyyəti ilə dünya liderləri arasında özünə böyük nüfuz qazanmış Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünyanın siyasi palitrasında oynadığı mühüm rol onun siyasətçi kimi öyrənilməsini şərtləndirən ən böyük amillərdən biridir. Dünyanın siyasi mərkəzlərində Prezident İlham Əliyevin çıxışlarının, onun siyasi gedişlərinin müxtəlif çalarlarının istiqamətlərinin səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi Zəfər müharibəsindən sonra daha da intensiv xarakter almışdır.

Azərbaycan xalqının maraqla və həyəcanla izlədiyi 44 günlük müharibə zamanı cənab Prezidentdən toponimlərin milliləşdirilməsi ilə bağlı rəsmi sərəncamlar və çağırışların şahidi olduq. Prezident İlham Əliyev: "Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır".

Bundan başqa, Qərbi Azərbaycan toponimlərinin saxta erməni adları ilə adlandırılmasına etiraz edən cənab İlham Əliyev tarixi torpaqların sahibi kimi ermənilərə səslənərək o torpaqların əsl adı ilə çağırılmasının vacibliyini vurğulamışdır.

İki böyük lideri birləşdirən ən böyük dəyərlərdən biri də məhz beynəlxalq türk birliyinin yaradılmasıdır. Beynəlxalq türk birliyinin türk dövlətlərinin müxtəlif platformalarda bir təsisatda birləşdirilməsi ideyası Heydər Əliyev tərəfindən əsası qoyulmuş ideya kimi İlham Əliyevin dönəmində ən yüksək zirvəsinə çatdı.

Hadisələr göstərdi ki, müstəqil Azərbaycanın qurucusu və lideri Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı işıqlı gələcəyə aparan yeganə alternativsiz yoldur!

Cənab Müzəffər Ali Baş Komandan İlham Əliyev, Siz bir daha ürəkdən təbrik edir, Sizə və yaxınlarınıza xoşbəxtlik, uğurlar və uzun ömür arzulayırıq.

Hörmətlə, BrendSport.az saytının kollektivi


Facebook-da paylaş

Xəbəri paylaş