Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan beynəlxalq Paralimpiya hərəkatının inkişafına böyük töhfə verir

Azərbaycan beynəlxalq Paralimpiya hərəkatının inkişafına böyük töhfə verir
Azərbaycan Milli Paralimpiya Komitəsinin və Beynəlxalq Paralimpiya Komitəsinin rəhbərlərinin görüşü keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov və Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) rəhbəri Endrü Parsons arasında görüş keçirilib.
AMPK-dan BrendSport.az-a bildiriblər ki, İ.Rəhimov IPC-nin prezidentinin dəvəti ilə komitənin Almaniyanın Bonn şəhərində yerləşən baş ofisinə səfər edib.
IPC-nin baş ofisində keçirilən görüşdə İ.Rəhimov E.Parsonsu yenidən IPC-nin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, onun rəhbərliyi ilə beynəlxalq Paralimpiya hərəkatının daha da inkişaf etdiyini vurğulayıb.
E.Parsons İ.Rəhimovu Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə E.Parsons bildirib ki, AMPK beynəlxalq Paralimpiya hərəkatının inkişafına böyük töhfə verir, ali qurumla daim sıx əlaqədə olur. E.Parsons Azərbaycanda Paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirərək qeyd edib ki, “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qazanılan yüksək nəticələr bunun əyani sübutudur.
AMPK-nin prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə Paralimpiya hərəkatının inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin Azərbaycanda beynəlxalq yarışların və tədbirlərin keçirilməsini həmişə dəstəklədiyini, ölkəmizdə paralimpiyaçıların iştirakı ilə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, paracüdo üzrə Qran-Pri yarışları, 2019-cu ildə Heydər Əliyev Fondu və Komitənin birgə təşkilatçılığı ilə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala-təqdimatının keçirildiyini, ölkəmizin gələcəkdə də bu cür mötəbər tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib.
Komitənin Paralimpiya hərəkatının inkişafı istiqamətində gördüyü işlərdən danışan İ.Rəhimov bildirib ki, AMPK-nin bu təcrübəni digər ölkələrlə də bölüşməsi məqsədilə 2022-ci ilin mayında Bakıda “Yenilməzlər Tokiodan Parisə doğru” beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur.
Sonra İ.Rəhimov və E.Parsons gələcək əməkdaşlıq mövzusunda geniş müzakirələr aparıblar.
Görüşün yekununda AMPK prezidenti İ.Rəhimov dəvət üçün E.Parsonsa bir daha təşəkkürünü bildirib və onu 2022-ci ilin mayında Bakıda keçiriləcək “Yenilməzlər Tokiodan Parisə doğru” beynəlxalq konfransına dəvət edib.


Facebook-da paylaş

Xəbəri paylaş