Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Velosiped məşqçiləri üçün texniki kurslar başa çatıb



Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kurslara yekun vurulub.

BrendSport.az
saytı xəbər verir ki, Respublika Velotrekində baş tutan bağlanış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.
Beynəlxalq federasiya tərəfindən təsdiq olunmuş texniki kursda yalnız Bakıdan deyil, ölkəmizin müxtəlif şəhər və rayonlarından da məşqçilər iştirak ediblər və imtahanları müvəffəqiyyətlə başa vuranlar beynəlxalq dərəcəli məşqçilik sertifikatını əldə ediblər. Çingiz Hüseynzadənin sözlərinə görə, MOK-un dəsətyi ilə təşkil edilən “Olympic Moves” hərəkatı çərçivəsində bu vaxtadək 6000-dən artıq məktəbli velosiped idmanı üzrə yarışlara cəlb edilib ki, bu da kütləvilik baxımından olduqca önəmlidir.
Velosiped idmanı üzrə Azərbaycanda ilk dəfə 2-ci səviyyə üzrə təşkil olunan kursu beynəlxalq dərəcəli ekspert Elnarə Musayeva aparıb. Xatırladaq ki, bu vaxta qədər ölkəmizdə 2 dəfə 1-ci səviyyə üzrə texniki kurslar təşkil edilib. Ümumilikdə isə MOK xətti ilə təşkil edilən və digər idman növlərini əhatə edən məşqçilik kurslarının sayı 10-a çatıb.
İştirakçılara sertifikatları MOK-un vitse-prezidenti və AZVİF-in prezidenti Mədət Quliyev təqdim ediblər. Kursları uğurla başa vuranları təbrik edən rəsmilər velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyini qeyd ediblər.









Facebook-da paylaş

Xəbəri paylaş