Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazir Malaziya səfiri ilə görüşüb



Dekabrın 10-da gənclər və idman naziri Fərid Qayıbov Malayziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Yubazlan Yusofu qəbul edib. Görüşdə ölkəmizdə səfərdə olan Malayziya idman nümayəndə heyəti də iştirak edib.

BrendSport.az
saytı xəbər verir ki, Qonaqları salamlayan Fərid Qayıbov ölkəmizin idman potensialı və dövlət gənclər siyasəi ilə bağlı məlumat verib. Gələcəkdə iki ölkə arasında gənclər siyasəti və müxtəlif idman növlərində qarşılqlı əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Ölkəmizdə olduqları müddətdə müasir idman qurğuları ilə tanış olduqlarını qeyd edən qonaqlar, burada yaradılan şəraitin yüksək səviyyədə olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Milli Gimnastika Arenası və digər idman mərkəzlərində bir neçə ölkənin iştirakı ilə birgə təlim-məşq toplanışları faydalı olacaq.



Facebook-da paylaş

Xəbəri paylaş