Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib



Dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.

BrendSport.az sayıtı xəbər verir ki, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Nazir güləşin ölkənin ən populyar idman növlərindən biri olduğunu, bu növdə böyük uğurlar qazanıldığını və bu nailiyyətlərin bundan sonra da davam edəcəyinə inandığını bildirib.

Mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra AGF-nin baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə güləşdə qazanılan nəticələrlə bağlı hesabatı təqdim edib.

Daha sonra səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib.
Səsvermə yekunlaşdıqdan sonra AGF-nin yeni prezidenti çıxış edib. Göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür edən M.Cabbarov güləşin milli idman növü olduğunu, bu sahədə yüksək nəticələr qazanıldığını, bütün çətinliklərə baxmayaraq federasiyanın son 4 ildə uğurla fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, qarşıdakı 4 ildə güləşin ənənələrinin, kütləviliyinin qorunmasının, uğurları davam etdirməyin vacib olduğunu diqqətə çatdırıb.

Daha sonra Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev AGF-nin vitse-prezidenti seçilib. AGF-nin yeni prezidentini təbrik edən N.Əliyev güləşdə nəticələrin bundan sonra daha da yüksələcəyinə inandığını deyib.

Ardınca MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək güləşin böyük potensiala sahib olduğunu vurğulayıb və federasiyanın prezidentinə və vitse-prezidentinə məsul vəzifədə uğurlar arzulayıb.

Bununla da konfransa yekun vurulub.


Facebook-da paylaş

Xəbəri paylaş