Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Gənclər və idman naziri Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub



Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) fəaliyyəti ilə tanış olub.
BrendSport.az Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, nazir velosiped idmanı üzrə yığma komandamızın üzvləri, eləcə də paravelosipedçilər ilə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.
F.Qayıbov federasiyada və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. Federasiyanın nəzdindəki muzeyə baxıb. AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.
Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.
Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov iştirak ediblər.


Facebook-da paylaş