Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və İdman naziri Fərid Qayıbov Türk Şurasının baş katibi ilə görüşüb



BrendSport.az xəbər verir ki, Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Şurasının mənzil-qərargahını ziyarət edib və baş katib Bagdad Əmriyevlə görüşüb.
Görüş zamanı Özbəkistanda keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası müzakirə olunub. Gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayan nazir, birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.
Görüşdə Türk Şurası baş katibinin müavini Gismət Gözəlov, layihə əlaqələndiricisi Əli Çivilər, Gənclər və İdman Nazirliyinin sektor müdirləri Fuad Babayev və Kənan Kərimov iştirak ediblər.







Facebook-da paylaş

Xəbəri paylaş