Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"AVRO-2020" - Pley-off mərhələsinin püşkü atılır



Bu gün "AVRO-2020"nin pley-off mərhələsinin püşkü atılacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə final mərhələsinə son 4 vəsiqə uğrunda mübarizə aparacaq 16 komanda iştirak edəcək.

Pley-offda yolu və rəqibi bilinməyən 4 yığmanın kiminlə və harda üz-üzə gələcəyi dəqiqləşəcək. Bolqarıstan, Macarıstan, İsrail və Rumıniya yığmalarından biri C yolu üzrə, üçü A yolu üzrə mübarizə aparacaq. Püşk İslandiya və Şotlandiyanın rəqibini müəyyənləşdirəcək, digər iki komanda öz aralarında münasibətlərinə aydınlıq gətirəcək.

Həmçinin final oyunlarının meydan sahibləri də bilinəcək. Gələn il martın 26-da keçiriləcək yarımfinallarda daha yüksək göstəriciyə malik komandalar ev sahibi olacaq. Bundan 5 gün sonrakı həlledici matçın yeri isə püşklə bilinəcək.

D yolu

1. Gürcüstan – Belarus
2. Şimali Makedoniya - Kosovo

C yolu

1. Şotlandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
2. Norveç – Serbiya

B yolu

1. Bosniya və Herseqovina – Şimali İrlandiya
2. Slovakiya – İrlandiya

A yolu

1. İslandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
2. Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Əlavə püşkatma final mərhələsinə vəsiqə qazanmış Rusiya ilə Danimarka arasında olacaq. Hər iki komandanın Belçika ilə birlikdə B qrupunda oynayacağı püşksüz də bilinir. Həm Rusiya, həm də Danimarka B qrupunun ev sahibləridi. Onlar qrupdakı digər komandalarla öz meydanında qarşılaşacaq. Rusiya – Danimarka matçının Sankt-Peterburq, yoxsa Kopenhagendə keçiriləcəyini isə püşk müəyyənləşdirəcək.


Facebook-da paylaş