Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Arif Rəhimov: Bakı trasında beşinci uik-endə həyəcanla hazırlaşırıq



Biz Bakı trasında beşinci uik-endə həyəcanla hazırlaşırıq, eyni zamanda, 2016-cı ildə Formula 1 ailəsinə daxil olduğumuz zaman arzuladığım özünəinam və məmnunluq hissləri də keçiririk. Bu yubileyi qeyd etmək üçün biz erkən satışlarda azarkeşlərə biletləri 20 faiz güzəştlə təklif etməyə şadıq. Beləliklə, əcnəbi və yerli azarkeşlər biletləri nə qədər tez sifariş etsələr, o qədər yaxşıdır.

BrendSport.az saytına istinadla xəbər verir ki, bu sözləri “Baku City Circuit” şirkətinin icraçı direktoru Arif Rəhimov deyib. O əlavə edib: “Bizim mərhələnin təqvimdə ən maraqlı yürüşlərdən biri olması ilə öyünürük, bu faktı Formula 1 qlobal icması da təsdiq edib. Bu il keçirilmiş mərhələdə biz maraqlı yürüşlərin və möhtəşəm tədbirlərin şahidi olduq, indi isə 2020-ci ilin iyununda Formula 1-in Bakıya qayıdacağını səbirsizliklə gözləyirik”.

Dördgünlük biletlərə güzəştlərə əlavə olaraq, valideynləri ilə gələcək 2-15 yaşlı uşaqlar üçün xüsusi Junior biletləri də təklif olunur. Onlar yalnız böyüklər üçün biletlə bilikdə və dördgünlük formatda satılır.

Dördgünlük 20 faiz güzəştli biletlərin qiyməti 160-560 ABŞ dolları, Junior biletləri isə 110-390 dollardır.


Facebook-da paylaş

Xəbəri paylaş