Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azad Rəhimov: Azərbaycan idmançılarının Xüsusi Yay Olimpiya Oyunlarında iştirakı çox əhəmiyyətlidir



Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycanı 56 idmançı təmsil edəcək. Bizim üçün Xüsusi Yay Olimpiya Oyunları və idmançılarımızın bu oyunlarda iştirakı çox vacibdir. Xüsusi qayğıya ehtiyacı olan insanlar cəmiyyətimizin üzvləridir və cəmiyyətdə gedən bütün proseslərə qatılmalıdırlar. Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. Ötən il Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biri olan Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin XX Qlobal Forumunun Bakıda təşkili göstərir ki, Azərbaycanda bu sahədə mühüm işlər görülür.

BrendSport.az xəbər verir ki, bunu martın 4-də gənclər və idman naziri Azad Rəhimov Xüsusi Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimizlə görüşdə jurnalistlərə müsahibəsində bildirib.

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət və qayğının göstərildiyini vurğulayan nazir gələcəkdə daha çox insanın onlara dəstək verəcəklərinə inandığını vurğulayıb. A.Rəhimov milli komandamıza uğurlar arzulayıb və onların Vətənə medallarla qayıdacaqlarına əminliyini bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş