Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Autizmlilər İdman Klubu ilin ən yaxşılarını mükafatlandırıb - FOTOLAR



Autizmlilərin İdman Klubu İctimai Birliyi , BrendSport.az saytının təşkilatçılığı ilə Autizimlilərin 2018-ci ilinin yekunlarına dair hesabat tədbiri keçirib.

Autizmlilərin İdman Klubu İctimai Birliyinin mətbuat xidmətindən məlumata görə, tədbirdə bir sıra dövlət, özəl, idman qurumları və ictimaiyyətin tanımış nümayəndələri iştirak ediblər.

İl ərzində nəticə göstərən autizmli idmançılar mükafatlandırılıb. "İlin ən yaxşı idmançıları", "İlin ən yaxşı təlimçiləri" və il ərzində autizm klublarına dəstək olan qurumlara diplomlar təqdim edilib.

Digər autizmli uşaq və gənclərə hədiyyələr verilib. Tədbir yeni il şənliyi ilə davam edib.
Tədbirin aparıcısi tanınmış Tele aparıcı Lətafət Ələkbərova, qonaqlardan isə Behram Bağırzadə, Mahir Mədətov, Ruslan Abışov, Müğənnilərdən isə Ulkər Yaşar qızı, Dua Murad, "Şeron qrupu" və s, qonaqlar tədbirdə iştirak edərək öz gəlişləri ilə tədbirə dahada gözəlliklər qatıblar.

Qeyd edək ki, mükafat alanlar arasında AFFA, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbi, "Qarabağ", "Neftçi", "Səbail", "Qəbələ" futbol klubları, Tennis federasiyası, autizm idman klubları və s. olmuşdur.










Facebook-da paylaş