Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək



"İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək

Gənclər və İdman Nazirliyi tərəfindən "İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcək. Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilərlər.

Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onların tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir. Müsabiqənin mükafatlandırılma mərasimi 25 dekabr 2018-ci il tarixdə “Bakı İdman Sarayı”-nda keçiriləcəkdir. Qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Müsabiqə 4 nominasiya üzrə aparılır:



«Texniki innovasiyalar»;



«Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar;



«İstehsalat texnologiyaları və sənaye infrastruktu. Canlı sistemlər, nəqliyyat sistemləri»;



«Sosial sahə və təhsil».



Müsabiqədə iştirak etmək üçün tələbələr öz təklif və ideyalarını layihə formasında 17 dekabr 2018-ci il tarixinədək Gənclər və İdman Nazirliyinə (212-ci otaq, Günay Rəhimova, tel 051 811 80 47) təqdim etməlidirlər.



Ümumi mükafat fondu 4 min manat olan müsabiqədə hər nominasiya üzrə 1-ci yerin qalibi 500 AZN, 2-ci yerin sahibi 300 AZN, 3-cü yerə layiq görülən isə 200 manat məbləğində mükafatla təltif ediləcək.

Sərgi çərçivəsində eyni zamanda müxtəlif elmi şoular təşkil olunacaq, elmi eksponatlar nümayiş ediləcək, müxtəlif elmi viktorinalar keçiriləcəkdir.


Facebook-da paylaş

Xəbəri paylaş