Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Super Liqa klubu 2-ci liqa təmsilçisinə uduzdu



Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinə start verilib.

BrendSport.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.

Elita təmsilçilərindən “Trabzonspor” və “Antalyaspor” ilk oyunda aşağı liqa klubları ilə heç-heçəyə razılaşıb. “Göztəpə” və “Alanyaspor” isə cütün taleyini demək olar ki, ilk oyundaca həll etməyi bacarıb. Super Liqanın daha bir təmsilçisi - “Rizəspor” isə doğma meydanda 1-ci liqa klubu “Balıkəsirspor”a 2 cavabsız qolla məğlub olub.

İkinci oyun günündə daha beş görüş keçirilib. Səfərdə “Keçiörengücü” ilə qarşılaşan “Qalatasaray” çətinliklə də olsa, qalib gəlib. “Ümraniyəspor” evdə “1461 Trabzon”, “Boluspor” isə “Van Bələdiyəspor” üzərində darmadağına sevinib. “Altay”ın qonağı olan “Kayserispor” da ilk oyundan qələbə ilə ayrılıb. Amma “Adana Dəmirspor” səfərinə yollanan “Başakşəhər” ilk görüşünü heç-heçə başa vurub.

Son oyun günündə beş qarşılaşma baş tutub. Super Liqa klublarından “Fənərbaxça” doğma meydanda “Girəsunspor”u çətinliklə məğlub edib. “Kasımpaşa” da “Menemen Bələdiyəspor”la görüşdən çətin qələbə ilə ayrılıb. “Akhisarspor”la “Yeni Malatyaspor” isə ilk oyunlarından daha rahat qələbəyə seviniblər. “Ankaragücü” isə “Bodrumspor”la görüşdə biabırçı məğlubiyyətlə üzləşib.

Türkiyə Kuboku, 5-ci təsnifat mərhələsi, ilk oyunlar

4 dekabr

Sivas Bələdiyəspor - Trabzonspor 2:2
Gənclərbirliyi - Hatayspor 2:1
Nazilli Bələdiyəspor - Göztəpə 0:3
Antalyaspor - Darica Gənclərbirliyi 2:2
Alanyaspor - Kahramanmaraşspor 7:2
Rizəspor - Balıkəsirspor 0:2


5 dekabr

Keçiörengücü - Qalatasaray 1:2
Ümraniyəspor - 1461 Trabzon 4:1
Boluspor - Van Bələdiyəspor 5:1
Altay - Kayserispor 1:2
Adana Dəmirspor - Başakşəhər 1:1


6 dekabr

Bodrumspor - Ankaragücü 4:2
Fatih Karagümrük - Akhisarspor 1:4
Menemen Bələdiyəspor - Kasımpaşa 1:2
Yeni Malatyaspor - Etimesqut Bələdiyyəspor 2:0
Fənərbaxça - Girəsunspor 1:0


Facebook-da paylaş

Xəbəri paylaş