Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Topaz": Məğlubedilməz “Arsenal” “şeytan yuvası”nda



Həftəiçi futbol keyfi davam edir. Bu axşam İngiltərə və Fransada çempionat, İspaniya, İtaliya, Rusiya, Belçika və Xorvatiyada növbəti kubok oyunları keçiriləcək.

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" öz müştərilərinə mərc etmək üçün bu gün ümumilikdə 89 matç təklif edir. Bu görüşlərdən 55-nə canlı, 19-na isə həm canlı, həm də "təkli" mərc etmək olar. Gecənin qarşılaşması İngiltərə Premyer Liqasının "Mançester Yunayted" - "Arsenal" görüşüdür. Bu, Premyer Liqa nəhənglərinin 228-ci dueli olacaq. Bu oyunlardan 96-da "Yunayted", 81-də isə "Arsenal" qalib gəlib. 51 matçda qalib müəyyənləşməyib. Statistika öz yerində, komandaların hazırkı durumuna gəlincə, "Arsenal" bu mövsüm fantastik təsir bağışlayır. Unay Emerinin komandası avqustun 18-də "Çelsi"yə uduzduqdan sonra düz 19 oyundur məğlub olmur. 3 gün əvvəl London derbisində "Tottenhem" üzərində parlaq qələbədən sonra (4:2) ilk "dördlüy"ə daxil olub. "Qırmızı şeytanlar”ın işləri isə qaydasında getmir. Manikunianlar ardıcıl 3 oyundur Premyer Liqada qələbə qazana bilmir. "Sauthempton" və "Kristal Pelas" kimi komandalarla heç-heçələr hazırda 8-ci yerdə olan "Yunayted" azarkeşlərinin səbr kasasını bir qədər də daşırıb. Taktiki savaş ustası və güclü psixoloq kimi xarakterizə olunan Joze Mourinyonun komandanı prinsipial matça necə hazırladığı maraq doğurur. "Arsenal" isə 19 oyunluq məğlubedilməzlik seriyasını "şeytan yuvası" - "Old Trafford"da da davam etdirməyə çalışacaq. Hər iki komandanın heyətlə bağlı problemi var: "Yunayted"də Eşli Yanq cəzalı, Aleksis Sançes və Viktor Lindelöf zədəlidir. "Arsenal"da isə zədə səbəbindən Qranit Caka, Naço Monreal və Danni Uelbek oynamayacaq. Gecə saat 12-də başlanacaq bu möhtəşəm qarşılaşmaya "Topaz"da canlı və "təkli" mərc etmək olar. Əmsallar: "Mançester Yunayted"in qələbəsi 2.35, heç-heçə 3.30, "Arsenal"ın qələbəsi 2.70.

Günün digər maraqlı oyunları - "Lokomotiv” - "Rubin" (kod 678, saat 20:30), "Bordo" - "Sent Etyen" (kod 696, saat 22:00), "Real Sosyedad" - "Selta" (kod 716, saat 23:30), "Vulverhempton" - "Çelsi" (kod 719, saat 23:45) və başqalarına da "Topaz"da həm canlı, həm "təkli" mərc etmək imkanınız var. Təklif bizdən, dəyərləndirmək sizdən. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.


Facebook-da paylaş