Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb



Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

BrendSport.az xəbər verir ki, Azərbaycan milli komandası “E” qrupda yer alıb. Püşkatmanın nəticələrinə əsasən, qrupda millimizin rəqibləri Xorvatiya, Uels, Slovakiya və Macarıstan komandaları olacaq.

Püşkatmanın nəticələrini təqdim edirik:

A qrupu: İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro, Kosovo

B qrupu: Portuqaliya, Ukrayna, Serbiya, Litva, Lüksemburq

C qrupu: Niderland, Almaniya, Şimali İrlandiya, Estoniya, Belarus

D qrupu: İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan, Cəbəllütariq

E qrupu: Xorvatiya, Uels, Slovakiya, Macarıstan, Azərbaycan

F qrupu: İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları, Malta

G qrupu: Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya, Latviya

H qrupu: Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova, Andorra

İ qrupu: Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan, San-Marino

J qrupu: İtaliya, Bosniya və Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan, Lixtenşteyn

Tədbirdə AFFA geniş heyətlə təmsil olunur. Mərasimə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Avro-2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehdiyeva və AFFA-nın infrastruktur direktoru, “Avro-2020”nin Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə əlaqələndiricisinin müavini Kamran Vəliyev qatılıb.

2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölündülər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə (play-off) yüksələcək.

Bakı Olimpiya Stadionunda qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu keçiriləcək.


Facebook-da paylaş