Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“The Guardian”: 2018-ci il Formula 1-in ən yaxşı yarışı Azərbaycan Qran-Prisi oldu



Britaniyanın məşhur “The Guardian” qəzeti 2018-ci il Formula 1-in ən yaxşı yarışının Azərbaycan Qran-Prisi olduğunu yazır.

BrendSport.az xəbər verir ki, Bakı yürüşü 2017-ci ildə də ən yaxşı yürüş hesab edilmişdi.

“The Guardian” yazır: “Bakı küçələrində yenə də hər şey vardı. Cəlbedici yürüş və bütün mövsümün mikrokosmu. “Red Bull” komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen, necə deyərlər, “dabanbasdı” gedirdilər. Nəticədə hollandiyalının dəlisov manevri ucbatından onlar bir-birini yürüşdən kənarlaşdırdılar.

Valtteri Bottasın maşını təhlükəsizlik avtomobili trasına çıxandan sonra Bottas liderliyi ələ keçirdi, Sebastyan Fettel isə ehtiyatlı olmağı unutdu və yürüş yenidən davam edəndə Bottası ötüb keçməyə cəhd göstərdi. Lakin elə ilk döngədə Fettel səhvə yol verdi və mövqeyini itirdi. Bu, zəruri olmayan bir neçə səhvin biri idi. Nəticədə Fettel onun üçün demək olar ki, təmin olunmuş ikinci yer əvəzinə dördüncü yerlə kifayətlənməli oldu. Sonuncudan əvvəlki dövrədə Bottasın avtomobilinin şini partladı, qələbə sevinci isə Luisi Hamiltona qismət oldu. Beləliklə, Hemilton öz karyerası ərzində 5-ci dəfə çempion oldu”.

“The Guardian” Hemiltonu ilin ən yaxşı yürüşçüsü hesab edib. Qalib pilotun daxil olduğu “Mercedes” ilin ən yaxşı komandası, Daniel Rekordunun Şanxaydakı manevri ilin ən yaxşı ötmə əməliyyatı hesab edilib.

Britaniya nəşrinin ekspertlərini ən çox heyrətləndirən Formula 1 yarışlarının yeni iştirakçısı Şarl Lekler olub. Yazıda bu barədə deyilir: “Lekler “Zauber Ferrari” komandasında özünün daha təcrübəli yoldaşı Markus Erikssonu üstələdi. O, qətiyyətli hərəkət edərək öz ustalığını sübut etdi. Bakıda 6-cı yeri tutdu. Bu, Lekler üçün əsl zəfər idi. Lakin Braziliyada keçirilən təsnifat yarışlarında Şarl öz istedadını daha yaxşı nümayiş etdirdi. Deyə bilərik ki, indi “Ferrari”nin sərəncamında nadir istedad sahibi olan bir yürüşçü var”.

Bildirilir ki, ən böyük səhvə yol verən Fettel və “Ferrari” olub. Yaxşılığa doğru dəyişiklik nominasiyasında Maks Ferstappen fərqlənib. O, mövsüm ərzində ustalığını təkmilləşdirərək yekunda 4-cü yeri tutub. İki dəfə dünya çempionu olmuş Fernando Alonsonun Formula 1 yarışlarını tərk etməsi “ilin vida mərasimi” adlandırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş