Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya və olimpiya çempionları Qazaxda təlim-məşq toplantılarına başlayıb - VİDEO



Ölkəmiz son illərdə idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanır, idmançılarımız isə Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil edirlər. Prezident İlham Əliyevin idmanın inkişafına xüsusi diqqət və qayğı göstərməsi nəticəsində bu gün ölkəmizin hər bir bölgəsində idman arenaları, müasir komplekslər tikilərək yeniyetmə və gənclərin ixtiyarına verilir. İdmançıların beynəlxalq yarışlarda iştirakı təmin olunur. Bu diqqət və qayğını yüksək qiymətləndirən idmançılarımız da onlara göstərilən etimadı olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları qələbələrlə, əldə etdikləri medallarla doğrultmağa çalışırlar. Məhz bu qələbələr sayəsində bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır.

Sevindirici haldır ki, ölkə idmançılarımız daha bir mötəbər yarışda iştirak etməyə hazırlaşırlar. Bu ilin oktyabr ayında Macarıstanda keçiriləcək Dünya çempionatında iştirak edəcək Azərbaycan Respubliksının sərbəst güləş üzrə Olimpiya Milli yığma komandası yarışla əlaqədar Qazaxda təlim-məşq toplantılarına başlayıb.

Avqustun 9-dan başlayan təlim-məşq toplantılarında Azərbaycan idmançıları ilə yanaşı, Rusiya və Kanada Milli yığma komandalarının üzvləri də iştirak edir. Dünya və Olimpiya çempionatlarının mükafatçılarından Hacı Əliyevin, Şərif Şərifovun, Cəbrayıl Həsənovun və başqalarının yer aldığı təlim-məşq toplantılarına ümumilikdə 40 idmançı qatılıb.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, “Şöhrət”ordenli məşqçi Firdovsi Umudov keçirilən təlim-məşqlər barədə məlumat verərək bildirib ki, bu gün respublikamızda idmanın qısa bir müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq yarışlarda, Dünya və Avropa çempionatlarında yüksək göstəricilər əldə etməsi birbaşa dövlətimizin və dövlət başçımızın idmana olan qayğısı sayəsindədir. Bunu hər il keçirilən yarışlar zamanı qazanılan uğurlardan da aydın şəkildə görmək olur.



F.Umudov qeyd edib ki, çox sevindirici haldır ki, Milli yığma komandanın tərkibində qazaxlı idmançılar da yer alıb. Təlim-məşq toplantılarının Qazaxda keçirilməsində əsas məqsəd respublikamızın hər yerində olduğu kimi, Qazaxda da idman sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini çatdırmaqdır.

Rayonun sürətli inkişaf etdiyini bütün dünya ictimaiyyətinə, xüsusilə də gələn qonaqlara göstərməkdir. Bundan əlavə, gənc və yeniyetmələrin, rayon idmançılarının bu təlim-məşq toplantılarında idmançların yarışlarını canlı olaraq izləmələrini və yararlanmalarını təmin etməkdir.

Məlumat üçün qeyd edək ki, təlim-məşq toplantıları avqustun 25-dək davam edəcəkdir.

Yığma komandanın bugünkü təlim-məşq toplantısı kross qaçışı üzrə olub. Fiziki qaçış hazırlığını əks etdirən həmin videonu təqdim edirik.



GOYEZEN.AZ


Facebook-da paylaş

Xəbəri paylaş