Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Bir idman ocağı olaraq, Şamaxı idmanında söz sahibi olmaq istəyirik"



Azərbaycanın regionlarının turizm imkanları çox böyükdür. Bu, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında da əksini tapıb. Yanvarın 29-da Heydər Əliyev Mərkəzində keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin proqram xarakterli çıxışında ölkədə turizmin inkişafına xüsusi diqqət yetirilib.

Regionlarda yeni turizm obyektlərinin və idman qurğularının açılması insanların işlə təmin olunması, əmək qüvvəsinin ölkədən kənara çıxmaması deməkdir. Regionlarda turizm və idman sahəsində kadr hazırlığına da diqqət artmaqdadır. Dövlət bu istiqamətdə iş aparır.

Belə turizm zonalarımızdan biri də öz füsunkar gözəlliyi və şux təbiəti ilə seçilən Şamaxı rayonudur. Rayonun şimal hissəsi əsasən dağlıq relyefə malikdir və Baş Qafqaz silsiləsinin suayrıcısına qədər yüksəlir və bu da öz növbəsində rayona xüsusi gözəllik
verir. Ən məşhur turizm zonalarından biri isə ölkəmizin hər yerində məşhur olan Pirqulu kəndidir.

Bu günlərdə Şamaxıda olduq və rayonda turzim, eləcə də idman sahəsində görülən işlər barədə məlumat almaq üçün Şamaxı Olimpiya İdman Kompleksinin inzibatçısı Samir Adilov ilə görüşüb bu sahələrdə görülən işlər barədə onun fikirlərini öyrədik.

Qeyd edək ki, Samir müəllim uzun müddət "Avromed" və "Avrora" sirkətlərinin Şamaxı rayonu üzrə satış meneceri kimi fəaliyyət göstərib. Hazırda Şamaxı Olimpiya İdman Kompleksində inzibatçı vəzifəsində çalışır.

- Hazırda Şamaxı Olimpiya İdman Kompleksi hər iki sahədə fəaliyyətini uğurla həyata keçirir. Bu uğurumuzun əsas səbəbi isə kompleksdə aparılan yeni qiymət siyasətimiz və peşəkarlarla iş qurmağımızdır. Müşahidələrimizə görə, əhali də bunu müsbət qarşılayır və işimizdə günü-gündən canlama hiss olunur.

Kompleksdə futbol, üzgüçülük, trenajor zalı son endirim qiymətləri ilə səhər saat 9:00-dan gecə 23:00-adək müştərilərimiz üçün fəaliyyət göstərir. Qeyd edim ki, bizdə fəaliyyətdə olan idman bölmələrimizdən başqa, eyni zamanda digər növlərin də inkişafına öz töhfəmizi verməyə hazırıq.

Artıq bu aydan etibarən xanımlar üçün fitnes və trenajor zalı fəaliyyət göstərir. Bunun üçün lazım olan müxtəlif idman ləvazimatları alınıb. Kompleksin xanım əməkdaşı isə Bakı şəhərinin qadınlar üçün ən nüfuzlu fitnes və trenajor zalına ezam olunaraq təcrübəsnin artırılması üçün şərait yaradılmışdır.

Rəhbərliyin tapşırığı ilə mərhələli şəkildə müvafiq idman növlərini də kompleksin nəzdində fəaliyyət göstərməsi üçün proqram hazırlanıb və fəaliyyətə başlanılıb.

Kompleksdə 2 taekvondo bölməsi (oğlanlar və qızlar), 2 güləş bölməsi, 1 cüdo, 1 kinqboksinq və 1 boks bölməmiz fəaliyyətə başlamışdır. Fikrimcə, qısa bir zamanda kompleksin tərkibində bu idman növlərinin fəaliyyət göstərməsi bizim üçün uğur sayılmalıdır.

Bir idman ocağı olaraq, Şamaxı idmanında söz sahibi olmaq istəyirik. İnanırık ki, bütün gücümüzlə çalışıb bu niyyətimizi həyata keçirə biləcəyik.

Qeyd edim ki, biz kompleksin nəzdində müxtəlif yarışların və tədbirlərin ən yüksək səviyyədə həyata keçirməyə də iddialıyıq.

Onu da xatırlatmaq yerinə düşər ki, kompleksin yeni uğurlarından biri də şəhid ailələri və Qarabağ qazilərinin uşaqlarının təmənnasız olaraq məşqlərə cəlb olunmasıdır.

İnanırıq ki, bugünkü işimiz gələcəkdə idmançılarımızın yarışlara hazırlığına və çıxışlarına öz müsbət təsirini göstərəcək. Planlarımızdan biri də bu yaxınlarda Şamaxı rayonu üzrə üzgüçülük yarışı kecirməkdir.

Ölkəmizdə turizm və idman sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.

Son illər əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların, idman qurğularının və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir.

Vüsal Hüseyn




Facebook-da paylaş

Xəbəri paylaş