Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Milli komandamız Avropa Çempionatına qatılacaq



Böyüklərdən ibarət millimiz növbəti avropa çempionatına qatılacaq. Azərbaycan Taekvondo Federasiyasından BrendSport.az saytına verilən məlumata görə, 10-13 may tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək 23-cü avropa çempionatında iştirak edəcək milli komanda mayın 7-də yola düşür.

Çempionat öncəsi isə Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında böyüklərdən ibarət milli yığma komanda ilə görüş keçirilib. İclasda federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov iştirak edib.

Komandanı salamlayan Nağı Səfərov və Niyaməddin Paşayev millinin isveçrənin Montrö şəhərində keçirilən son avropa çempionatında Milad Beigi Hərçəqaninin qızıl, Patimat Abakarovanın gümüş, Payam Qobadi Oğazın bürünc medal qazanaraq uğurlu çıxışını xatırladıb. Bu dəfə də idmançılarımızın uğur qazanacaqlarına inandıqlarını vurğulayaraq onlara bol şanslar arzulayıblar.







Facebook-da paylaş

Xəbəri paylaş