Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




“İdmana çox böyük rəğbətim var”



“Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılıb”

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) pedaqoji kadrların hazırlığı ilə məşğul olan ali məktəbdir.

Bugünlərdə universitetin musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, dosent Laçın xanım Həsənova ilə görüşüb, ölkəmizdə baş verən yeniliklər və aparılan islahatlar, eləcə də universitetin bugünkü fəaliyyəti və qarşıda duran vəzifələr barəsində həmsöhbət olduq.

- Respublikada davam edən yüksək inkşaf hər sahədə özünü göstərdiyi kimi, təhsil sahəsində də öz müsbət nəticələrini verməkdədir. Həyata keçirilən uğurlu təhsil siyasəti bizim təhsil ocağından da yan keçməyib.

Özüm universiteti fərqlənmə diplomu ilə bitirib burada işə qəbul olunmuşam. ADPU-nun rəhbərliyi tərəfindən layiq görülərək bu vəzifəyə seçildim. Bu da bir insan həyatıdır. Arzum budur ki, bizim bugünkü tələbələrimiz də gələcəkdə özlərinə layiq bir mövqeyə sahib olsunlar.

Unisversitetimizin rəhbərliyi dövlətimizin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir və öz əməli işi ilə bu yüksəlişə töhfəsini verməyə çalışır.

Fikir verin, bu gün bir çox dövlətlərin arzusunda olduğu beynalxalq tədbirlərə və yarışlara biz ev sahibliyi edirik. Bu cənab prezidentimizin millətimizə verdiyi bir dəyərdir. Vaxtilə mavi ekran qarşışında izlədiyimiz Formula 1 kimi dünya səviyyəli yarışı artıq canlı olaraq biz paytaxtımızda izləyə bilirik.

Deyərdim ki, ADPU Azərbaycanın təhsil sahəsi tarixində bu günə qədər çox mühüm rol oynayıb. Bu ali təhsil ocağında hər zaman ölkəmizin ictimai-siyası, sosial həyatında öz yüksək fəallığı ilə seçilən insanlar təhsil alıb.

Torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda ADPU-nun məzunlarından da şəhid olanlar var. Bu təhsil ocağımız demək olar ki, həm bilik, həm də bir həyat məktəbidir.

Bu gün rəhbərliyimizin apardığı uğurlu siyasət nəticəsində universitetimiz ölkəmizin təhsil sistemində özünəməxsus bir yer tutur.

İdmana çox böyük rəğbətim var. Həmişə idmanla məşğul olmaq istəmişəm. Ancaq təhsilimlə, işimlə bağlı olaraq idmana vaxt ayıra bilməmişəm. Lakin bir pedaqoq, bir ana kimi həmişə idmanın təşviqat və təbliqatçısı olmuşam.

İdman növlərindən sinxron üzgüçülük, voleybol, basketbol, veloidman yarışlarını maraqla izləyirəm. Xüsusi olaraq velosiped idmanına üstünlük verirəm.

Hər iki oğlumun da kiçik yaşlarından şahmata böyük marağı olub. İndi isə ikisi də ayrıca iş sahibləri ola da, şahmata olan bağlılıqları hələ də var. Oğlumun şahmata başladığı az müddət olsa da, evdə hamıya qalib gəlirdi. Uşaq vaxtlarından onların təlim-tərbiyəsində şahmat böyük rol oynayıb. İndinin özündə də şahmat bir növ ailəmizin daxili oyununa çevrilib. Övladlarımda şahmata olan sevgini Bəhruz Qurbanov oyadıb. Hətta oğlum, Polşada keçirilən beynəlxaq yarışda iştirak edib bizi sevindirməyi bacarmışdı. Bu həm ailəmizin, həm də məşqçinin uğuru idi. Qələbə xəbərini eşidəndə ailəmizin sevincinin həddi-hüdudu yox idi.
Bu sadə məşqçinin belə fədakarlığı əsl qəhramanlıqdır. Onu da qeyd edim ki, Bəhruz müəllim bütün bunları təmənnasız edirdi.

Bir nüansa da fikir verək, Mehriban xanım Əliyeva ölkəmizin I vitse-prezidenti və birinci xanımıdır. Lakin, onun bu vəzifədən də yüksək adı var – o, bir anadır. Ana kimi hər zaman xalqının qayğısına qalır. İdmana olan dəstəyi də göz qabağındadır və danılmazdır. Onun bu sahədəki fəaliyyəti Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılıb.

Biz də ADPU-da gələcək üçün idman mütəxəssisləri yetişdiririk. Bu ölkəmiz üçün vacib və zəhmət tələb edən bir işdir. Bu işləri həyata keçirib uğur qazandıqca insan daxili rahatlıq keçirir. Çünki biz hər bir tələbəyə öz övladımız kimi yanaşırıq.


Alxas Məmmədov


Facebook-da paylaş