Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ölkə üzrə fəal olan idman idarələri



Heç kimə sirr deyil ki, Azərbaycanda idmanın bölgələrdə daha da genişlənməsində və kütləviliyində idman idarələri aparıcı rol oynayır. Gənclər və İdman Nazirliyi tərəfindən idarələr qarşısında qoyulan tapşırıqlar və bölgələrdə bu tapşırıqların yerinə yetirilməsi üçün nəzarət edilir.

Belə ki, yerlərdə regional turnirlərin, eləcə də yoldaşlıq görüşlərinin təşkili idman idarələrinə həvalə olunur.

İdman idarələri də həyata keçirdikləri tədbirləri ictimaiyyətin diqqətinə çatdırmaq üçün sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər.

Bu sahədə daha aktiv olan idman idarələrinin ümumi reytinqini gözdən keçirdikdə Ağsu, Şamaxı, Quba, Bakı, Qobustan, Sumqayıt, Gəncə, İsmayıllı, Qəbələ, Göycay kimi şəhər və rayonların öndə olduğunu görə bilərik.

Çox istərdik ki, digər idman idarələri də öz fəaliyyətlərinə stimul vermək və cəmiyyət daxilində nüfuz qazanmaq üçün sosial şəbəkələrdə aktiv olmaqla bərabər, yazılı mətbuat və saytlarla da sıx əməkdaşlıq etsinlər.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş