Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman gününə həsr olunmuş möhtəşəm tədbir keçiriləcək

İdman gününə həsr olunmuş möhtəşəm tədbir keçiriləcək

Mart ayının 5-də Fəvvarələr meydanında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “5 Mart - Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş möhtəşəm idman tədbiri keçiriləcək.

Tədbirdə məqsəd bu günün əhəmiyyətini gənclərə aşılamaq və gənclərin idmana olan marağının artırılmasına təkan verməkdir.

Qeyd edək ki, tədbirdə Azərbaycanın veteran idmançılarının təltif olunma mərasimi, tanınmış estrada ulduzlarının iştirakı ilə konsert proqramı keçiriləcək.

Proqramın gedişatında iştirakçıları FABERLİCdən möhtəşəm qiymətli hədiyyələr gözləyir. Eyni zamanda tanınmış idmançılarla imza günü və onlarla birlikdə fotosessiya ediləcək.

Xatırladaq ki, tədbir zamanı lotoreya oyunu da keçiriləcək. Belə ki, tədbirə qatılanların hər biri sərbəst şəkildə qeydiyyatdan keçərək lotoreya oyununda iştirak edə bilər.

Qalibləri isə Gənclər və İdman Nazirliyindən, BrendSport.az saytından, “Faberlic”dən, “Foberlina parfum və kosmetik brend”dən, “VitrFitnes”dən və “Astara çay”dan maraqlı hədiyyələr gözləyir.

Bir daha xatırladaq ki, maraqlanan hər kəs tədbirdə iştirak edə bilər. Tədbirin başlama vaxtı 5 mart 2018-ci il tarixdə saat 11:00-da Fəvvarələr meydanında (Tarqovı) olacaq.

Təşkilat Komitəsi


Facebook-da paylaş

Xəbəri paylaş