Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhid jurnalistlərin xatirə turniri keçirildi


BrendSport.az saytı hər il mütəmadi xeyriyyə tədbirləri keçirir. Bu il də Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq təşkil olunan idman festivalı çərçivəsində Azərbaycan Stolüstü Tennis Federasiyasının dəstəyi ilə şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş stolüstü tennis yarışı təşkil edib.
Şəhid həmkarlarımızın xatirəsinə həsr olunmuş turnirdə qazilər, jurnalistlər, incəsənət nümayəndələri və tanınmış idman xadimləri mübarizə aparıblar.




“Şüa” İdman Kompleksində keçirilən turnir də gərgin və maraqlı anları ilə yadda qalıb.

Əvvəlcə tədbiri aparıcısı Lətafət Ələkbərova turnir haqqında söz açaraq bu günə qədər BrendSport.az saytının təşkil etdiyi xeyriyyə tədbirlərindən danışdı.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Aparıcı Lətafət xanım belə tədbirlərdə hər zaman öz dəstəklərini göstərən sponsorlarln adlarını qeyd edərək təşkilatçılar adından onlara təşəkkür etdi. Tədbirin baş sponsoru
“Natural Halı Outlet”, sponsorları “Araz” supermarketlər şəbəkəsi, “Offissa dizayn”, “Tayqa Trade” şirkətinin “HACI” seylon çayları, “Həyat” aptek, “Bizon energy”, “Elegant perfume museum”, “Tort Sumqayıt”, “Röyam Dizayn” və “Scallezioni” italyan brendinə öncədən təşəkkür etdi.

Sponsor təqdimatından sonra söz BrendSport.az saytının baş redaktoru və tədbirin ideya müəllifi Bəhruz Səmədova verildi. B.Səmədov öz növbəsində iştirakçıları və qonaqları salamlayaraq turnir haqqında danışdı. Şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirələrini yad etmək üçün birdəqiqəlik sükut élan etdi.

İdeya müəllifi BrendSport.az saytına hər zaman mənəvi dəstək olan, bütün tədbirlərdə iştirak edən Hicran Şərifovu rəsmi açılış sözü üçün səhnəyə dəvət etdi. H.Şərifov çıxışında 44 günlük Vətən müharibəsində bütün xalqımız kimi, idman ictimaiyyətinin də bir yumruq kimi birləşməsindən və eyni zamanda BrendSport.az saytı ilə birgə həyata keçirilən "İlhamlı Qələblər" adlı orduya dəstək kompaniyasından söz açdı. Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışdı. Hicran müəllim çıxışının sonunda belə tədbirlərin əhəmiyyətindən söz açaraq iştirakçılara uğurlar arzuladı.

H.Şərifovun ətraflı çıxışndan sonra söz Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndəsi Zərif Süleymanovaya verildi. Zərif xanım da sözünə iştirakçıları və qonaqları salamlayaraq başladı. Tədbir haqqında danışan federasiya rəsmisi turnirdə çıxış edənlərə uğurlar arzuladı.

Sonra çıxış üçün söz tədbirin fəxri qonağı boks üzrə dünya çempionu Fərhad Acalova verildi. F.Acalov da çıxışında tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi və belə tədbirlərin davamlı olmasını vurğuladı.

Layihənin icraçı direktoru Könül Sultan da çıxış edərək qonaqları salamladı və tədbirin yüksək səviyyədə təşkil olunmasında dəstək olan hər kəsə təşəkkürünü bildirdi.

Sonra çıxış üçün söz şəhid Məhərrəm İbrahimovun ailəsinə verildi. Onlar da şəhidlərimizin xatirəsinə göstərilən ehtirama görə minnətdarlıqlarını bildirdilər.

Şəhid baş leytenant Vüsal Babayevin həyat yoldaşı da çıxış edərək şəhid ailələrinə və qazilərə verilən dəyərdən danışaraq, təşkilatçılara öz təşəkkürünü çatdırdı.

Hər iki şəhid ailəsinə baş sponsor "Natural Halı Otlet"dən xalçalar və "Röyam Dizayn"nın rəhbəri Samirə xanımdan özəl olaraq əl işi ilə hazırlanan şəhidlərin şəkilləri ilə hazırlanan xüsusi plaket təqdim olundu.



Sonra söz Vətən müharibəsinin qazisi Elşən Cəbrayılova verildi. Qazimiz də bütün iştirakçılara uğurlar arzuladı və təşkilatçılara öz təşəkkürünü bildirdi. E.Cəbrayılova sponsorlar tərəfindən hədiyyələr təqdim olundu. Eyni zamanda "Araz” supermarketlər şəbəkəsinin xüsusi alış-veriş kartı təqdim olundu.

Tədbirdə iştirak edən 1-ci Qarabağ müharibəsinin qazisi, güləş üzrə idman ustası Ziyafət Burziyev də çıxış etdi. O da dövlətin şəhid ailələri və qazilərə qayğısını yüksək qiymətləndirərək ölkə rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Çıxışlardan sonra şəhid ailələrinə və qazilərə baş sponsor “Natural Halı Outlet”dən xalçalar, "Scallezioni" italiyan brendindən, "HACI" seylon çaylarından və “Elegant perfume museum”dən qiymətli hədiyyələr təqdim olundu.

Bütün qonaqlara və azarkeşlərə "HACI" seylon çaylarından, "Tort Sumqayit"dan, "Bizon energy" içkilərindən və "Araz" supermarketlər şəbəkəsindən gətrilən "Dalğa" sularından dadımlar təqdim olunub.

Tədbirin sonunda isə qaliblərə Stolüsütü Tennis Federasiyası tərəfindən pul mükafatı, sponsorlardan da qiymətli hədiyyələr verildi.

Qeyd edək ki, turnirin qalibləri qruplar üzrə aşağıdakılar olub:

1-ci qrup:

I yer – Məhluqə Nəsirova
II yer – Leyla Bəşirova
III yer – Səbinə Abıyeva
III yer – Sayala Bayramova

2-ci qrup (qazilər):

I yer – Elsevər Hüseynov
II yer – Fərrux İsmayılov
III yer – Murad Feyziyev
III yer – Ziyafət Burziyev

3-cü qrup:

I yer – Bəhruz Səmədov
II yer – Rəşad Qəmərşahoğlu
III yer – Ceyhun Əliyev
III yer – Məhəmmədəli Səmədzadə

Bir daha xatırladaq ki, tədbirin baş sponsoru “Natural Halı Outlet”, sponsorları “Araz” supermarketlər şəbəkəsi, “Offissa dizayn”, “Tayqa Trade” şirkətinin “HACI” seylon cayları, “Həyat” aptek, “Bizon energy”, “Elegant perfume museum”, “Tort Sumqayıt”, “Röyam Dizayn” və “Scallezioni” italyan brendi olub.








































Facebook-da paylaş

Xəbəri paylaş