Əsas Səhifə > Xəbər lenti > “Baku Open” beynəlxalq turnirində ilk qaliblər müəyyənləşib

“Baku Open” beynəlxalq turnirində ilk qaliblər müəyyənləşib


14-03-2019, 21:38


BrendSport.az xəbər verir ki, Martın 14-də start götürən “Baku Open” beynəlxalq turnirində fərdi kata və kumite üzrə böyüklər və 35 yaşdan yuxarı veteranlar arasında yarışların qalibləri müəyyənləşib.

Kişilər arasında kata yarışlarında Roman Heydərov, qadınların mübarizəsində Neda Rezai “Baku Open”in qalibi olublar.

Turnirdə 36-45 yaşlı veteranların yarışında Anar Əhmədov, 46-55 yaşlıların mübarizəsində Koiçin Yakuşin (Yaponiya) birinci yerə layiq görülüblər.

Kişilər arasında kumite yarışlarında Şukri Onur Dəmir (60 kq, Türkiyə), Hümmət Baxşəliyev (67 kq, Azərbaycan), Novruz Əliyev (75 kq, Azərbaycan), Pənah Abdullayev (84 kq, Azərbaycan), Mehmet Usda (+84 kq, Türkiyə) fəxri kürsünün ilk pilləsində qərarlaşıblar.

Qadınlar arasında isə azərbaycanlı idmançılar Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Renata Ərəbli (61 kq), Zamirə Rizayeva (68 kq), Fəridə Əliyeva (+68 kq) qızıl medal qazanıblar.

Kumite yarışlarında 35-46 yaşlı veteranlar arasında Azərbaycan karateçiləri Tərlan Cavadov (65 kq), Səyavuş Bayramov (75 kq), Fuad Allahverdiyev (+75 kq) fərqləniblər.

46-55 yaşlı veteran idmançılar arasında isə Kamran Rəsulov (75 kq, Azərbaycan) birinci yeri tutub.

Martın 15-də 16-17 yaşlı və 21 yaşadək gənclər tatami üzərinə çıxacaqlar. Ertəsi gün isə 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-11 yaşadək balaca karateçilər döyüşəcəklər.

Yubiley turnirinin təntənəli açılış mərasimi martın 15-də olacaq.
Geri qayıt