Əsas Səhifə > Xəbər lenti > Sablyaçılar arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub

Sablyaçılar arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub


11-02-2019, 22:57
Sablyaçılar arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub
Bolqarıstanın Plovdiv şəhərində sablya üzrə gənclər arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasından BrendSport.az -a bildirilib ki, turnirin son günündə qadın sablyaçılar mübarizə aparıb. Qrupda keçirdiyi 6 görüşdən 2-sini qalib başa vuran milli komandamızın üzvü Aysel Əhədova pley-off mərhələsinə vəsiqə qazanıb. Aysel 1/64 finalda Tunis idmançısı Xədicə Çemkiyə 15:11 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Polşa təmsilçisi Zuzanna Kieslara eyni hesabla uduzub (11:15). Aysel Əhədova yekun sıralamada 63-cü pillədədir.
Geri qayıt