Əsas Səhifə > Xəbər lenti > Ramil Quliyev yenə finalda

Ramil Quliyev yenə finalda


17-10-2018, 14:33


Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı dünya və Avropa çempionu Ramil Quliyev "ilin atleti" nominasiyasında final mərhələsinə yüksəlib.

28 yaşlı sprinter Berlində 16 illik çempionluq rekordunu qıraraq qazandığı qızıl medalla və mövsüm boyu göstərdiyi performansla Avropa Atletizm Birliyi tərəfindən finalçılar sırasına seçilib. Quliyev ikinci dəfə "ilin idmançısı" nominasiyasında finala çıxıb.

Başlanğıcda "İlin atleti" olmaq üçün 10 namizəd mübarizə aparsa da səsvermələrin sonunda onların sayı 4-ə enib. Belə ki, Ramil fransalı dünya rekordçusu, dekatlet Kevin Mayer, Avropa çempionu isveçli sırıqçı Armand Duplantis, norveçli Yakob İnqebriqstenlə birlikdə adını finala yazdırıb.

Avropa Atletizm Birliyinin mükafatlarını qazanan atletlər, ayın 26-da İsveçrənin Lozanna şəhərində müəyyənləşəcək və mükafatlarına sahib çıxacaq.
Geri qayıt