Əsas Səhifə > Xəbər lenti > Şahmat millimiz Ermənistana qarşı bu heyətlə oynayacaq

Şahmat millimiz Ermənistana qarşı bu heyətlə oynayacaq


28-09-2018, 13:48


Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasındakı V tur görüşlərində üz-üzə gələcək komandaların heyətləri açıqlanıb.

Azərbaycanın kişilərdən ibarət yığmasından Şəhriyar Məmmədyarov Ermənistan təmsilçisi Levon Aronyanla birinci lövhədə üz-üzə gələcək. Onun bacısı Zeynəb Məmmədyarova da Yunanıstan millisinin lideri Anna-Mariya Botsari ilə qarşılaşmada ön lövhədə yer alacaq. Məmmədyarovla qara fiqurlarla mübarizə aparacaqlar.

Komandaların heyətləri:

Ermənistan - Azərbaycan

Levon Aronyan - Şəhriyar Məmmədyarov

Qabriel Sargissyan - Teymur Rəcəbov

Qrant Melkumyan - Arkadi Naydiç

Hayk Martirosyan - Rauf Məmmədov

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.

Yunanıstan - Azərbaycan

Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova

Stavrula Tsolakidu - Xanım Balacayeva

Anastasiya Avramidu - Gülnar Məmmədova

Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva

Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edəcək.

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 15:00-da başlanacaq (Report).
Geri qayıt