Əsas Səhifə > Xəbər lenti > Ronaldo "Yuventus”da dublla başladı...

Ronaldo "Yuventus”da dublla başladı...


16-09-2018, 20:43


Kristiano Ronaldo nəhayət, "Yuventus”da qol hesabını açıb.

Portuqaliyalı superulduz bu gün A Seriyasının 4-cü turunda "Sassuolo”ya qarşı keçirdikləri ev oyununda (2:1) Turin klubunun formasıyla ilk qolunu vurub.

Əvvəlki üç turda rəqib qapılarına yol tapa bilməyən Ronaldo bu dəfə dubla imza atmağa nail olub. O, öncə 50-ci dəqiqədə matçda hesabı açıb. 65-ci dəqiqədə isə Kristiano dublunu rəsmiləşdirib. Ronaldonun qol susqunluğu 320 dəqiqə davam edib. 33 yaşlı portuqaliyalı ulduz 517-ci çempionat matçında 400-cü qolunu vurub. O, bu qollardan 3-nü "Sportinq”də, 84-ünü "Mançester Yunayted”də, 311-ni "Real”da, 2-ni "Yuventus”da vurub.
Geri qayıt