Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

BrendSport.az Gənclərin və İdmançıların informasiya portalının Sponsoru "İYDƏ" Parfüm

VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



Formula 1 komandalarının yeni mövsüm üçün təqdimat mərasimlərinin tarixi məlum olub

Formula 1 komandalarının yeni mövsüm üçün təqdimat mərasimlərinin tarixi məlum olub


Formula 1 komandalarının yeni mövsüm üçün təqdimat mərasimlərinin tarixi məlum olub.

BredSport.az
xəbər verir ki, dünya çempionatında çıxış edən 10 komandadan 9-u fevralın 3-dən 16-dək bolidlərini ictimaiyyətə təqdim edəcək. Yalnız “Uilyams” komandası yarış avtomobilinin avadanlığını nümayiş etdirəcək.
Sürət həvəskarlarına yeni bolidini göstərəcək ilk komanda Mühəndislər kuboku yarışının son qalibi “Red Bull” olacaq. Avstriya komandası fevralın 3-də yarış avtomobilini ictimaiyyət qarşısına çıxaracaq. Fevralın 7-də “Alfa Romeo” Formula 1 həvəskarlarını təəccübləndirməyə çalışacaq. Dörd gün sonra “Alfa Romeo” ictimaiyyəti AT04 bolidi ilə tanış edəcək. Fevralın 13-də isə “Maklaren”lə “Aston Martin” diqqət mərkəzinə düşəcək. Növbəti iki gündə “Ferrari” ilə “Mercedes” Formula 1-də yarışacaq maşınlarının təqdimat mərasimini keçirəcəklər. Komandalar arasında sonuncu olaraq “Alpin” fevralın 16-da bolidini nümayiş etdirəcək.
Formula 1-də yeni mövsüm martın 5-də Bəhreyndə start götürəcək. İyirmi üç Qran-Pridən ibarət dünya çempionata noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq. Azərbaycan Qran-Prisinin final mərhələsi isə aprelin 30-da keçiriləcək.


Facebook-da paylaş