Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Misirə gələnlər əlavə PCR testindən keçəcəklər

Misirə gələnlər əlavə PCR testindən keçəcəklər

Misir hökuməti hava, quru və dəniz yolu ilə ölkəyə gələn əcnəbilər və öz vətəndaşları üçün aeroport, liman və keçid məntəqələrində COVID-19 üzrə əlavə PCR testi keçirilməsi barədə qərar qəbul edib.
BrendSport.az xəbər verir ki, bu ölkənin səhiyyə naziri Halə Zayid Misirə gələn şəxslərin COVID-19 testindən keçdikləri çıxış məntəqəsinin arayışı ilə yanaşı, əlavə testdən də keçiriləcəyini bildirib. Onun sözlərinə görə, bu testlər ən müasir avadanlıq vasitəsilə aparılacaq və cəmi 15 dəqiqə ərzində cavablar təqdim olunacaq.
Səhiyyə naziri əlavə edib ki, Ramazan ayında Misirdə yoluxma hallarında kəskin artım müşahidə olunur. Belə ki, son sutkada COVID-19-a 1132 nəfər yoluxub, 66 pasiyent isə vəfat edib. Pandemiyanın əvvəlindən Misirdə 236 mindən çox yoluxma, 13 min 845 ölüm faktı qeydə alınıb.



AZERTAC


Facebook-da paylaş

Xəbəri paylaş