Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Təhsil Nazirliyi: Direktorların işə qəbulu üzrə müsahibələrin keçirilməsi ilə bağlı təlimat hazırlanıb

Təhsil Nazirliyi: Direktorların işə qəbulu üzrə müsahibələrin keçirilməsi ilə bağlı təlimat hazırlanıb

Mayın ikinci yarısında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
Təhsil Nazirliyindən BrendSport.az -a bildirilib ki, ilkin müsahibələrdə balı 36-dan yüksək olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək. Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi “Microsoft Teams” platforması vasitəsilə təşkil ediləcək. Onlayn müsahibələrin keçirilməsi ilə bağlı təlimat hazırlanıb, müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.
Namizədlərin şəxsi səhifələrinə müsahibədə iştirak edəcəkləri tarix və yer barədə məlumat göndəriləcək. Onlar şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Onlayn müsahibədə iştirak etməyən, qeyd olunan sənədləri təqdim etməyən şəxslər müsahibə mərhələsində iştirakdan imtina etmiş hesab olunacaq. Müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Beləliklə, namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub-olmadıqları barədə məlumatla da tanış ola biləcəklər.



Facebook-da paylaş

Xəbəri paylaş