Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Beynəlxalq uşaq şahmat festivalı başa çatıb

Beynəlxalq uşaq şahmat festivalı başa çatıb
Uşaq və yeniyetmə şahmatçılar arasında keçirilən “Ağappaq qar” beynəlxalq festivalına yekun vurulub.
BrendSport.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən və 9 turdan ibarət olan turnirdə 7,5 xal yığan Fərid Cəfərzadə birinci yeri tutub. Nihad Kərimov (7 xal), Uğur Qurbanlı (6,5 xal), Rövnəq Əhmədov və İmran Kəbirlinski (hərəyə 6 xal) sonrakı pillələrdə qərarlaşıblar.
Fevralın 8-də start götürən növbəti beynəlxalq şahmat festivalı isə fevralın 16-da başa çatacaq.


Facebook-da paylaş