Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona"da Messi, "İnter"də Nainqqolan olmayacaq



"İnter"in futbolçusu Raca Nainqqolan Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Barselona" ilə oyunu buraxacaq.

İtaliya mətbuatının yaydığı xəbərə görə, buna səbəb 30 yaşlı yarımmüdafiəçinin A seriyasının 9-cu turunda "Milan"la matçda (1:0) zədələnməsidir. 30-cu dəqiqə məcburi əvəzlənən belçikalı oyunçunun Kataloniya klubu ilə görüşə kimi hazır olmayacağı bildirilib.

Xatırladaq ki, bundan əvvəl "Barselona"da Messinin "İnter"ə qarşı oynaya bilməyəcəyi dəqiqləşmişdi. Buna səbəb isə "Sevilya" ilə oynadığı matçda Messinin qolunun sınmasıdır.

Qeyd edək ki, "Barselona" - "İnter" oyunu oktyabrın 24-ü keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş