Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nazim Süleymanov: "Vurğun mütləq cərimələnəcək"



"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının VIII turunda "Sabah"a evdə 0:1 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. "Dalğa Arena"da jurnalistlər qraşısına çıxan 53 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndiirb.

- Oyuna pis başladıq. Təəssüf ki, yenə qırmızı vərəqə aldıq. Hələ ilk hissədən azlıqda qaldıq. İkinci hissədəki dəyişiklikdən sonra kənardan görünürdü ki, üstünlük bizdədi. Əfsuslar olsun ki, yüzfaizli qol epizodundan istifadə edə bilmədik. İkinci hissə bizim, ilk hissə "Sabah" üçün maraqlı oldu. Rəqib qol şansından istifadə etdi.

- Sizə elə gəlmir ki, kapitanınız Vurğun Hüseynovun qırmızı vərəqəsi texniki səhvdən daha çox 1 dəqiqə öncə Marko Deviçlə kəllə-kəlləyə gəlməyinin pis fəsadını görməsi idi?

- Rəqib sənə qarşı hirsli olsa da, özün sakit olmalısan. Rəqibdə elə futbolçular var ki, səni təxribata apara bilrələr. Bu, özü bir taktiki hazırlıq idi. Biz məşqçilər bunu futbolçuların diqqətinə çatdırırıq. Həmin epizodda sadə oynamaq lazım idi, rəqibi aldatmaq yox.

- Vurğunu cəza gözləyir?

- Bəli, mütləq cərimələnəcək.

- Bir əvəzetmə limitiniz qalmışdı. Niyə hücumu gücləndirmədiniz?

- Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdı. Bir nəfər azlıqda oynayırdıq, müdafiədə onsuz da boşluqlar vardı.

- Onsuz da uduzurdunuz, arxa xətt oyunçusunun yerinə hücumçu buraxmaq olmazdı?

- Nə olsun ki, hesabda geridə idik? Sadəcə, qol şansını istifadə etmək lazım idi. Bizimkilər elə qolları vurmalı idilər.


Facebook-da paylaş

Xəbəri paylaş