Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qubada veteran idmançılarla görüş keçirilib

Qubada veteran idmançılarla görüş keçirilib

Quba Gənclər Mərkəzində Quba rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nuhbalayev rayonun yunan-roma güləşi üzrə veteran idmançıları Xubyar Mirzəməmmədli və Musa Mirzəyev ilə görüş keçirib.

Görüş zamanı əldə olunan uğurlar barədə səmimi söhbət aparılmış, yarışın təşkilatçılığı barədə yaddaqalan xoş təəsüratlar haqqında danışılmışdır.

Görüş zamanı eyni zamanda olimpiya idman növü olan yunan-roma güləş növünün gələcəkdə də gənc nəsil arasında kütləviliyinin artırılması istiqamətində də planlar müzakirə edilib.

Xatırladaq ki, 05-07 oktyabr 2018-ci il tarixlərdə Rusiyanın Perm şəhərində təşkil edilmiş yunan-roma güləşi üzrə veteranlar arasında XX dünya çempionatında veteran idmançılar Musa Mirzəyev və Xubyar Mirzəməmmədli uğurla çıxış edərək yüksək nailiyyətlər əldə ediblər.

Musa Mirzəyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. Digər veteran Xubyar Mirzəməmmədli də mükafatçılar sırasında yer alıb.

Nəzrin Alxasqızı


Facebook-da paylaş

Xəbəri paylaş