Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Müəllim tərbiyə məktəbidir

Müəllim tərbiyə məktəbidir

Mən Azərbaycanın sadə vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir.
Heydər Əliyev,
ümumilli lider


Uşaq olarkən bizim üçün ən əhəmiyyətli insan ata-anamız olur. Onların sözündən çıxmamağa çalışırıq, onların dediklərinə başqalarının dediklərindən daha çox inanır, bir yerimiz ağrıyanda onların üstünə qaçırıq. Düşünürük ki, qayğımıza ata-ana qədər heç kimsə qala bilməz. Sonra böyüyürük, məktəb illəri başlayır. Həyatımıza yeni nümunə götürüləcək insanlar daxil olurlar. Onların içərsində sevimli müəllimlərimiz xüsusi yer tuturlar. Bu günə qədər ancaq ananın dediklərinə əməl etdiyimiz halda, indi müəllimimizin də dediklərinə nöqsansız bir şəkildə əməl etməyə çalışırıq. Bəzən hətta anamıza etiraz edir, “Axı müəllimim sənin kimi demir” cümləmizlə ananın səmimi qısqanclığına, gülməyinə, bu cümlə ilə müəllimimizlə anamızı birləşdirən bir xatirənin yaranmasına səbəb oluruq.

Müəllim şagirdlərin dostu, qayğıkeşi, onların gələcəyi haqqında düşünən bir varlıqdır. Müəllim şagirdlərin addımlarını düzgün atmaları naminə yol göstərəni, bələdçisidir. Çünki o bizi yetişdirir, addım-addım irəliləməyimizə təkan verir, pillələrlə zirvələrə aparır. Onlar olmasa, biz heç zaman elmin sirlərini öyrənə bilməzdik. Müəllim öz sevgisini, illərin zəhmətini şagirdlərinə verir. Müəllimi heç zaman incitmək olmaz, çünki o hər birimizə elm, yazmağı, oxumağı, dinləməyi və bu həyatda şəxsiyyət olmağı öyrədir. Müəllim müqəddəsdir. Onu sevməliyik, dəyər verməliyik. Əgər belə olsa, hər zaman irəlidə olacağıq. Onların sözlərini dinləməklə zirvəyə yüksələcəyik, arzularımız reallaşacaq. Həyatda pis müəllim yoxdur, olmayıb, olmayacaq da.

Q.Markes müsahibələrinin birində deyir: “Məncə, müəllimin hər dərsi dünyanı anlamaq və anlatmaq cəhdidir. Əsl müəllim bütün suallara cavab verə bilmir, ona görə yox ki, real vəziyyətdə bu imkansızdır. Ona görə ki, hər suala cavab vermək ensiklopediyaçıların, faktşünasların, savadlı olmaqda iddialı olan adamların işidir.

Müəllimin, xüsusilə də universitet müəlliminin ilk vəzifəsi araşdırıcı beynini formalaşdırmaqdır. Müşahidə, fakt, bilgi də nəzəri sistemin mənimsənilməsi olduqca əhəmiyyətli sayılır. Tələbə nəzəri düşünməyə başlayırsa bu artıq gediləcək yolun yarısı deməkdir.

Səhv etmək də tələbənin haqqıdır. Elə müəllimin də. İnsan robot olmadığı üçün o həqiqətə, isbata səhv edə-edə yaxınlaşacaqdır.

Xoşbəxt o müəllimdir ki, tələbəsi ilə özü arasında bütün sədləri, trafaretləri, doğmaları yıxa bilir, öyrənməklə öyrətmək arasındakı məhrəmliyi tapa bilir. Bu mənada müəllimlik sənəti öncədən proqramlaşdırılmış proqramdır demək doğrudur.



Belə qayğıkeş, tələbkar, bir pedaqoq kimi tələbələrinin sevimlisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq ” fakültəsinin dekanı Laçın Həsənovanın doğum günüdür.

Hörmətli Laçın müəllim!

Sizi doğum gününüz münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirik!

Sizə uzun ömür, möhkəm cansağlığı, firavan həyat, xoşbəxtlik, ailə səadəti, şəxsi həyatınızda, pedaqoji fəaliyyətinizdə və eləcə də
ictimai işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!

Qoy yetişməkdə olan Azərbaycan gəncliyinin həyatında sizin də xidmətlərinizin bəhrəsi daim gələcəyimizə işıq saçsın.

Bir daha ad gününüz mübarək!

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi


Facebook-da paylaş

Xəbəri paylaş