Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Obameyanq “Qarabağ”la oyunda iştirak etməyəcək

Obameyanq “Qarabağ”la oyunda iştirak etməyəcək

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Arsenal”ı qonaq edəcək.

“Topçular”ın hücumçusu Pyer-Emerik Obameyanq “Qarabağ”la oyunda iştirak etməyəcək. Bu barədə məlumatı BBC yayıb. Qabonlu forvardın xəstələnməsi səbəbindən Bakıdakı matçda iştirak etməyəcəyi bildirilib.

Obameyanqdan başqa, Aron Remzi, Henrix Mxitaryan, Petr Çex, Eynsli Meytlend-Nayls, Loran Koselni və Konstantinos Mavropanos da “Qarabağ”la oyunu buraxacaq.

“Qarabağ” - “Arsenal” matçı bu gün saat 20.55-də Bakı Olimpiya Stadionunda start götürəcək.


Facebook-da paylaş

Xəbəri paylaş