Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Şahmatçılarımızdan olimpiadada növbəti qələbə



Gürcüstnın Batumi şəgərində keçirilən 43-cü Şahmat Olimpiadasında 6-cı turun qarşılaşmaları keçirilib.

Maksimum nəticə qazanan kişilərdən ibarət yığmamız Çexiya ilə qarşılaşıb. Komandamız rəqib üzərində 3:1 hesablı qələbə qazanıb.

Kişilərin yarışmasında 6 turdan sonra Azərbaycan və Polşa hərəyə 12 xalla liderliyi bölüşürlər. Aktivində 11 xal olan ABŞ 3-cü pillədə qərarlaşıb.

Azərbaycan - Çexiya 3:1

Şəhriyar Məmmədyarov - David Navara 1:0
Teymur Rəcəbov - Viktor Lazniçka 0,5:0,5
Arkadi Naydiç - Zbinek Hraçek 1:0
Rauf Məmmədov - İrji Stoçek 0,5:0,5

Qadınlardan ibarət yığmamız isə Latviya ilə üzləşib. Bu komandamız da turu qələbə ilə başa vurub. Bununla da yığmamız xal hesabını 10-a yüksldib.

Azərbaycan - Latviya 2,5:1,5

Günay Məmmədzadə - Laura Roxul 0,5:0,5
Xanım Balacayeva - İlze Berzina 0,5:0,5
Gülnar Məmmədova - Linda Krumina 0,5:0,5
Ülviyyə Fətəliyeva - Elizabet Limanovska 1:0


Facebook-da paylaş