Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



11-ci qrant müsabiqəsinin təqdimatı keçirilib



Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 12 sentyabr 2018-ci il tarixində saat 11.00-da Şamaxı Heydər Əliyev Mərkəzində gənclərlə 11-ci qrant müsabiqəsinin təqdimatı keçirilmişdir.

Keçirilən tədbirə Respulikanın İsmayıllı, Qobustan, Ağsu və Şamaxı rayonları üzrə 45 nəfər gənc cəlb edilmişdir. Tədbirdə həmçinin Şamaxı RİH-ti başçısı aparatının məsul işçisi Babaqədir Qədirov, Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin baş mütəxəssisi Ramil Məmmədov və fondun gənclər təşkilatları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Zaur Osmanov da iştirak etmişdir.

Tədbiri RİH-ti başçısı aparatının işçisi Babaqədir Qədirov açıq elan etdikdən sonra, fondun məsul işçisi Ramil Məmmədov layihə haqqında geniş məlumat verdi. O, bildirdi ki, Azərbaycan Respublikasının Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini 28 avqust 2018-ci ildən təqdim etməyə dəvət etmişdir.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatları və ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır. R.Məmmədov mövzu ətrafında geniş məlumat verdikdən sonra iştirakçı gəncləri maraqlandıran suallar natiqlər tərəfindən cavablandırıldı.

Alxas Məmmədov





Facebook-da paylaş

Xəbəri paylaş